Bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulub

Bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulub

25 Oktyabr 2016 08:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna daxil olmaqla 5 ölkə Avropa İttifaqının qərarını dəstəkləyərək Rusiyaya qarşı sanksiyalara qoşulub.

apa-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının saytında bildirilir.

"Namizəd ölkələr olan Monteneqro ilə Albaniya, həmçinin Avropa Azad Ticarət Assosiasiyasının üzvləri - Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonasının üzvləri, o cümlədən Ukrayna qətnaməyə qoşulur", - sənəddə bildirilir.

Sentyabrın 15-də Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb. 146 şəxs və 37 şirkətə qarşı məhdudiyyətlər gələn ilin mart ayınadək qüvvədə qalacaq.

Mediainfo.az