Putin Ermənistana gedəcək

Putin Ermənistana gedəcək

11 Oktyabr 2016 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ermənistana səfər edəcək.

Apa-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq. İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq.

Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.

Mediainfo.az