Uqo Çavezdən sərt xəbərdarlıq
Venesuela prezidenti Uqo Çavez kütlə qarşısında çıxış edərkən sərt bəyanatlar verib. O müxalifətə, "Venesuela inqilabını heç kim yıxa bilməz", - deyə xəbərdarlıq edib.
Çavez uğursuz 2002-ci il çevrilişini xatırladaq, prezident sarayı önündə minlərlə insan qarşısında pafoslu çıxış edib. Prezident Venesuelanın Ərəb ölkələri olmadığını, xarici qüvvələrin üsyan planının heç bir nəticə verməyəcəyini söyləyib.
Mitinqdə danışan Çavez sosialist hökumətinin onu məhv etmək istəyənlərə qarşı hər zaman hazır olduğunu bildirib və "heç kim inqilabı yıxa bilməz", - deyib.
Daha sonra o, gələn il keçiriləcək prezident seçkilərinə qatılacaq müxalifət üzvlərini də tənqid atəşinə tutub.
Xatırladaq ki, Venesuelada 11 aprel 2002-ci ildə çevriliş planı uğursuzluqla nəticələnmiş, prezident Çavez yenidən hakimiyyətdə qalmışdı.
Ötən il Çavez çıxışlarının birində narkotikin insan orqanizminə faydalı olduğunu, özünün də bu maddələrdən 10 ildir istifadə etdiyini və son dərəcə gümrah olduğunu demişdi. Görünür, sonuncu çıxışı da "göylərdən gələn informasiya"nın təsiri altında edilib...
Evin Babayev
O.M.