Qazaxıstanda hökumət istefa verəcək

Qazaxıstanda hökumət istefa verəcək

8 Sentyabr 2016 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Baş nazir Kərim Masimov da daxil olmaqla, Qazaxıstan hökuməti sentyabrın 9-da istefa verəcək.

Sentyabrın 9-da ölkə prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Nazirlər Kabinetinin genişləndirilmiş iclası keçiriləcək.

Qeyd edək ki, Kərim Masimov birinci dəfə 2007-2012-ci illərdə baş nazir olub. O, 2012-2014-cü illərdə Qazaxıstan prezidenti adminstrasiyasının rəhbəri vəzifəsində işləyib. 2014-cü ilin aprelindən yenidən Nazirlər Kabinetinə başçılıq etməyə başlayıb. (report)

Mediainfo.az