Astana meri Azərbaycana gələcək
Qazaxıstanın paytaxtı Astana şəhərinin meri Aset İsekeşev sentyabrın 5-də Azərbaycana səfər edəcək.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər müddətində onun azərbaycanlı həmkarı Hacıbala Abutalıbovla görüşü gözlənilir. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Səfərin məqsədi investisiya, infrastruktur, nəqliyyat və turizm istiqamətlərində təcrübə mübadiləsi aparmaqdır.
Mediainfo.az
Digər xəbərlər