AXCP və “Azadlıq” qəzetinin Gülənlə əlaqələri ortaya çıxdı — ŞOK GİZLİNLƏR
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və bu partiyanın ruporu olan "Azadlıq" qəzetinin Fətullah Gülən şəbəkəsi ilə ciddi əlaqələri ortaya çıxıb.
Türkiyədəki diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fətullah Gülənin Azərbaycandakı "imamı" olmuş "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərən 2010-2013-cü illərdə AXCP rəhbərliyi ilə yaxın təmas saxlayaraq, partiyaya gizli dəstək verib.
2012-2013-cü illərdə "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərən və digər nümayəndələri "Azadlıq" qəzetinin baş redaktoru Rahim Hacıyev, AXCP-nin mətbuat katibi Natiq Ədilov, hazırda həbsdə olan AXCP sədrinin müavini Seymur Həzi, "Azadlıq" qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli və digər şəxslərlə görüşərək, onlara dəstək verilməsini xahiş ediblər.
Həmin ərəfədə Natiq Adilov və "Azadlıq" qəzetinin digər əməkdaşları bir neçə dəfə Qafqaz Universitetində və "Çag Öyrətim" işlətmələrinin ofisində "iftar" adı ilə ziyafətlərə çağırılıb.
Bu cür görüşlərin təşkilində əsas məqsəd AXCP-də Fətullah Gülənlə bağlı fikirləri yumşaltmaq və bu şəbəkəyə dəstək vermək idi. Gülənçilərin bu niyyəti baş tutub və az sonra "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərənin adından "Azadlıq" qəzetinə dəvət məktub göndərilib.
Məktubunda Ənvər Özərən "Azadlıq" qəzeti jurnalistlərini Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadalarına dəvət edib. Beləliklə, 2012-ci il mayın 30-da Türkiyədə başlayan Beynəlxalq Türk dili Olimpiadalarına "Azadlıq" qəzetindən Natiq Adilov (o, həm də AXCP-ni təmsil edib) və Seymur Həzi təmsil olunub.
Qəzet əməkdaşları Fətullah Gülənin tədbirini işıqlandırmaq üçün iyunun 3-dək İstanbulda səfərdə olublar, burada Gülən şəbəkəsinə bağlı olan "Dialoq Avrasiya Platforması"nın rəhbəri Harun Tokak və digər şəxslərlə görüşüblər.
Həmin tədbirdə Azərbaycandan 30-a yaxın KİV nümayəndəsi təmsil olunsa da, ancaq Fətullahçıların "Azadlıq" qəzeti əməkdaşlarına xüsusi qayğısını müşahidə etməmək mümkün deyildi. Hətta, Gülən "imamları" "Azadlıq" qəzeti əməkdaşlarını heyətdən ayıraraq, İstanbulda xüsusi qonaqlayıb, onlara bələdçilik edib.
Səfər başa çatandan sonra isə Natiq Adilov çalışdığı "Azadlıq" qəzetində Fətullah Gülənin "xeyirxah" əməllərinə həsr etdiyi geniş məqalə ilə çıxış edib. (ölkə)
Mediainfo.az