Bəşər Əsəd Moskvada Putinlə gizli görüşüb
Suriya prezidenti Bəşər Əsəd iyun ayının əvvəlində gizli şəkildə Moskvaya səfər edib. O, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Virtualaz.org bildirir ki, bu barədə NEWSru Israel со Livanın "Əl-Cümhuriyyə" qəzetinə istinadən məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi avqustun əvvəlində ictimaiyyətə təqdim olunacaq Suriya üzrə Rusiya- ABŞ-ın birgə planıdır.
Nəşr xəbər verir ki, Əsəd Moskvaya İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfərindən bir neçə gün əvvəl gəlib. Xatırladaq ki, Netanyahu və Putin iyunun 7-də görüşüb.
Qəzet yazır ki, Əsəd və Putin danışıqlar zamanı Suriya və İsrail arasında münaqişənin dinc yolla həll olunmasını da müzakirə ediblər. Bu, post-müharibə dövründə Suriyanın qurulması üzrə sazişə əlavə olunmalıdır. Bildirilir ki, Suriya-İsrail sülh nizamlanmasının əsasını XX əsrin 90-cı illərində ABŞ prezidenti Bill Klintonun irəli sürdüyü təkliflər təşkil etməlidir.
Mediainfo.az