Gülən Qərbi dəstəklədiyini etiraf edib
Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fəthullah Gülən etiraf edib ki, həmişə Qərbi dəstəkləyib.
Trend-in "Haber Türk" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə F.Gülənin "New York Times" qəzetinə verdiyi müsahibədə deyilir.
Onun sözlərinə görə, Qərbin, həmçinin ABŞ-ın mötədil İslama həmişə ehtiyacı olub.
F.Gülən ABŞ hakimiyyətini onu Türkiyəyə ekstradisiya etməməyə çağırıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Mediainfo.az
Digər xəbərlər