Ərdoğan Azərbaycana gələcək
Yaxın vaxtlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü olacaq. Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım iyulun 19-da Ankarada gürcü həmkarı Georgi Kvirikaşvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Anadolu" agentliyinin məlumatına görə, o, diqqəti buna yönəldib ki, Türkiyə-Azərbaycan-Gürcüstan üçhissəli mexanizm regional əməkdaşlığın inkişafına böyük töhfə verib,
Türkiyə hökumətinin başçısı üç ay öncə Dağlıq Qarabağ zonasında vəziyyətin pisləşməsilə bağlı narahatlığını bildirib.
"Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə sadiq olduğumuzu bəyan etdik. Bundan əlavə, son zamanlar regionda terror hücumlarının sayının artmasına dair məsələləri müzakirə etdik. Terrorçular arasında fərq qoymadan, onların təsnifatını aparmadan terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi bir daha qeyd olundu", – B.Yldırım vurğulayıb.(azadliq.info)
Mediainfo.az
Digər xəbərlər