Marmaris dağlarında Ərdoğanı öldürməyə cəhd etmiş 25 hərbçi axtarılır
Türkiyənin Marmaris şəhəri yaxınlığında dağlarda çevriliş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı öldürməyə cəhd etmiş 25 hərbçinin axtarışı üzrə əməliyyat keçirilir.
Virtualaz.org bildirir ki, bu məlumatı Türkiyə rəhbərliyindəki mənbələrə istinadən yerli KİV yayıb.
Güman edildiyinə əsasən, axtarılan hərbçilərin əlində iki helikopter var. Şənbəyə keçən gecə onlar dövlət başçısının dincəldiyi mehmanxanaya hücum etmişdilər.
Öz növbəsində, EFE agentliyi xatırladır ki, Ərdoğanın özünün bildirdiyinə görə, qiyam vaxtı bu mehmanxanada 15 dəqiqə də ləngisəydi, çox güman ki, həlak olacaqdı.
Mediainfo.az
Digər xəbərlər