Baş nazir: “208 şəhidimiz var”

Baş nazir: “208 şəhidimiz var”

18 İyul 2016 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Hərbi çevriliş cəhdi nəticəsində 208 şəhidimiz var. Bunlardan 60-ı polis, 3-ü hərbçi, 145-i isə mülki qəhrəmanlardır".

Apa-nın NATV-yə istinadən verdiyi xəbərə görə, bu sözləri keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

B. Yıldırım ordu komandanlığının vəzifəsinin başında olduğunu söyləyib: "Vəziyyət nəzarət altına alınıb. Həm hərbi, həm də polis qüvvələrimiz gecə-gündüz vəzifələrini icra edirlər. Parlament sabahdan etibarən normal fəaliyyətini davam etdirəcək" .

Baş nazir konkret ad çəkməsə də, çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığına işarə edib: "Bunu edən tam bəllidir. Kainat imamı dedikləri şəxs "bizim xəbərimiz yoxdur, hökumət oyun oynayır" desə də, cümlə aləm həqiqəti bilir. 7500 saxlanılan şəxs bu işin adresinin hara olduğu çox aydın göstərir".

B. Yıldırım əhalini orduya pis gözlə baxmamağa da çağırıb: "Bu qurumlarımızın etibarını qorumalıyıq".

Qeyd edək ki, çevrilişə cəhd göstərən hərbçilərdən neçə nəfərinin öldürüldüyü barədə yekun rəsmi açıqlama hələ verilməyib.

Mediainfo.az