Sarkisyan təlaş içindədir: "Qarabağı Azərbaycana qaytarmalıyıq!"
Ermənistan Prezidenti Serj Sərkisyanın indiyə qədər Dağlıq Qarabağla bağlı xalqdan gizlədilən önəmli bir sirrinin üstü açılıb.
Bu barədə ermənişünas İsmayıl Tanrıverdi məlumat verib.
Araşdırmaçı ekspert dünən bir sıra aparıcı erməni KİV-də ("Jamanak", "Joxovurd", "Qraparak") çox ilginc faktların yer aldığını üzə çıxarıb.
Məlum olub ki, hakim partiya orqanının son iclasında Sərkisyan öz partiya üzvlərinə çox çətin bir durum qarşısında qaldığını etiraf edib.
"Dağlıq Qarabağı Azərbaycana qaytarmalıyıq, bundan imtina edəcəyimiz təqdirdə müharibə qaçılmazdır", - deyə Sərkisyanın bildirdiyi qeyd olunur.
Erməni mətbuatında yer alan bu xəbərlərə görə, Sərkisyanın Sankt-Peterburq görüşündən öncə keçirdiyi iclasda verdiyi bu açıqlaması indiyə qədər gizli saxlanılıb.
Məlumatda o da əksini tapıb ki, hakim partiya üzvləri məhz Sərkisyanın bu açıqlamasından sonra bir-birinin ardınca Dağlıq Qarabağla bağlı güzəştlərə razılıq verilməsi yönündə tələsik açıqlamalar səsləndiriblər.
Bildirilir ki, bunu eşidən ermənilər isə dərhal əks reaksiyalar verərək torpaqları verənlərin təkcə vəzifələrindən yox, eyni zamanda, canlarından da olacaqlarına dair hökumətə hədə-qorxu gəliblər.
Müxalifət də daxil olmaqla, bəzi qruplar bu xəbərlərə narazılıq edərək müharibə şüarları ilə çıxış ediblər.
Qeyd edək ki, bütün bu məlumatları "Jamanak" qəzetinin müxbiri hökumət tərəfdarlarının birindən gizli yollarla əldə edib. (axar)
Mediainfo.az