Aİ NATO ilə bəyannamə imzaladı
Avropa Birliyi və NATO arasında bəyannamə imzalanıb.
Xarici KİV-lər xəbər verir ki, əməkdaşlıq haqda razılaşma Varşavada əldə edilib. Bəyannamə alyansın baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, və Aİ şurasının sədri Donald Tusk tərəfindən imzalanıb. Bildirilir ki, birgə əməkdaşlıq bəyannaməsi sayəsində Avropa İttifaqı və NATO hibrid təhlükə və təhdidlər, o cümlədən, miqrasiya məsələlərində ümumi çağırışları cavablandırmaq üçün resurslarını birləşdirəcəklər.
Mediainfo.az
Digər xəbərlər