İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşdü
İyulun 8-də Varşavada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mediainfo.az
Digər xəbərlər