Azay Quliyevin yüksək posta namizədliyi irəli sürüldü
İyulun 4-də Tbilisidə ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. İclasda Parlament Assambleyasına prezidentin və vitse-prezidentin namizədlikləri məsələsi müzakirə olunub.
ATƏT PA-nın Büro üzvü, Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü Azay Quliyev jurnalistlərə müsahibəsində deyib ki, iclasda Assambleyanın prezidenti vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Bunlar Gürcüstan, Fransa və Avstriyadan olan nümayəndələrdir. ATƏT PA-nın vitse-prezidenti postuna isə 4 nəfərin – Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan deputatların namizədlikləri irəli sürülüb.
ATƏT PA-nın prezidenti və vitse-prezidenti postuna seçkilər iyulun 5-də keçiriləcək.
A.Quliyev deyib: "Dövlətimizin və nümayəndə heyətimizin son illər gördüyü işlər, beynəlxalq arenada əldə etdiyimiz uğurlar onu deməyə əsas verir ki, Azərbaycan nümayəndəsinin şansı daha çoxdur".
ATƏT PA-nın vitse-prezidenti postuna Azərbaycandan Azay Quliyevin namizədliyi irəli sürülüb. O, 2013-cü ildən bu il iyulun 4-dək ATƏT-in siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.
Mediainfo.az