
Azərbaycan Fransaya nota verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə Azərbaycanın işğal altında olan ərazilərinə fransız parlamentarilərin qeyri-qanuni səfəri ilə bağlı etiraz notası təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, rəsmi Bakı notada fransız parlamentarilərin Dağlıq Qarabağa səfəri ilə bağlı izahat tələb edib.
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Fransadan olan bir qrup deputatın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etdiyi, orada bir sıra görüşlər keçirdiyi barədə xəbərlər yayıb.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər