Birlikdə balıq tutdular, "dostuq" dedilər
Rusiya prezidenti Dmitri Medvedevlə baş nazir Vladimir Putin "aralarından qara pişik keçib" xəbərlərinə qarşılıq verdilər. Rəsmi Kremldən verilən açıqlamaya görə, ikili cənubi Astarxan bölgəsinə tətilə yollanaraq, Volqa çayında balıq tutublar. Daha sonra bölgə ilə tanış olub, fotoaparatla şəkillər belə çəkiblər. Dövlət məmurları dalğıc kostyumu geyinib, Volqa çayını yaxından tanıyıblar. Daha sonra iki ayrı qayığa minib, yarış keçiriblər.
Yayımlanan fotolarda Dmitri və Putin rəqiblərinin arzularını ürəklərində qoymaq üçün daim gülümsəyirlər. Nə 45 yaşlı hazırkı prezident, nə də 58 yaşlı hazırkı baş nazir gələn ilki seçimlərdə namizəd olub-olmayacaqlarını açıqlayıblar. Medvedev bir müddət öncə işini sevdiyini və ikinci dəfə prezident olmaq istədiyini söyləməsinə rəğmən son qərarı Putinin verəcəyi ifadə edilir.
Rəsmilər qeyri-rəsmi.
Günel Həbib
O.M.