BMT Azərbaycanın hesabatını araşdıracaq
BMT-nin İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi Azərbaycanda nəzarət həyata keçirir.
Bu barədə BMT-nin Bakı ofisindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Azərbaycanın irqi ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı hesabatı mayın 3-də İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (İAAK) canlı efirdə yayımlanacaq görüşləri zamanı hərtərəfli araşdırılacaq.
Qeyd edək ki, Azərbaycan "İrqi Ayrıseçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanı ratifikasiya etmiş 177 ölkədən biridir və beləliklə, müntəzəm olaraq 18 beynəlxalq müstəqil ekspertdən ibarət komitə tərəfindən yoxlamadan keçir.
"İrqi Ayrıseçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın üzvləri və Azərbaycan Hökuməti nümayəndələri etnik azlıqlara qarşı hallar da daxil olmaqla, irqi ayrı-seçkilik və nifrətlə səslənən çıxışlar, irqi ayrı-seçkiliyin qadağan olunması üzrə hüquqi çərçivə, müxtəlif etnik qruplar, qaçqın və məcburi köçkünlər tərəfindən həyata keçirilən iqtisadi, sosial və mədəni hüquqlar haqqında informasiya, azlıq qrupları ilə dialoq, məcburi geri qaytarılmaya qarşı müdafiə və sığınacaq hüququ kimi məsələlər müzakirə ediləcəklər.
Komitə həmçinin BMT-nin digər qurumları və QHT-ləri dinləyəcək.
Mediainfo.az









































.jpg)
.jpg)
.jpg)

















































