Rusiyada İŞİD-çi azərinin məhkəməsi yekunlaşıb
Rusiyada məhkəmə İŞİD qruplaşmasının üzvü olan azərbaycanlıya hökm oxuyub.
Apa-nın "proufu.ru" saytına istinadən verdiyi xəbərə görə, Orenburq vilayətində yaşayan 23 yaşlı Murad Nəcəfov 2014-cü ildə Suriyaya gedib, orada İŞİD qruplaşmasının sıralarına qoşulub. O, qruplaşma tərkibindəki bölmələrdən birində fəaliyyət göstərib və İŞİD nəzarətindəki ərazilərin qorunmasını, hərbi patrulunu, sənəd və nəqliyyatın yoxlanışını həyata keçirib. Eyni zamanda, Suriya silahlı qüvvələrinə qarşı hərbi toqquşmalarda iştirak edib. 2015-ci ilin mayında şəxsi səbəblərə görə Türkiyəyə gedən M. Nəcəfov miqrasiya qanunvericiliyini pozduğu üçün yerli hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb və Rusiyaya göndərilib. O, Rusiyaya dönərkən Başqırdıstan Respublikasının paytaxtı Ufada həbs edilib.
Məhkəmə M. Nəcəfovu təqsirli bilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Mediainfo.az































































































