Malta XİN başçısı Azərbaycana gələcək

Malta XİN başçısı Azərbaycana gələcək

28 Aprel 2016 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 29-da Maltanın xarici işlər naziri Corc Vella Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Corc Vellanın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Mediainfo.az