Aydın Mirzəzadə: “Ermənilər bayrağımızı təhqir edir, bəs bizə nə gəlib?”
"Sosial şəbəkələrdə, Azərbaycan mediasında Ermənistanla bağlı informasiyalar çoxalmaqdadır. Cəbhə xəttində Ermənistanın provokasiyalarının artması şəraitində bu başa düşüləndir və bir çox hallarda verilən informasiyalar yerinə düşür".
Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ancaq bununla belə Ermənistandan verilən informasiyaların içində bəzi informasiyaların verilməsi və Azərbaycan cəmiyyətində yayılması başa düşülən deyil.
"Bu Azərbaycan və Türkiyə bayraqlarının və digər dövlət atributlarının Ermənistanda təhqiri ilə bağlı yayılan informasiyalardır. Bu halda nəinki informasiya verilir, hətta ayaqları altında Azərbaycan və Türkiyə bayraqlarını tapdalayan ermənilərin də şəkilləri geninə-boluna yayılır. Bu şəkilləri Azərbaycan mediasında yaymaqda məqsəd nədən ibarətdir? Məgər erməni millətçiləri bayrağımızı öpüb gözünün üstünə qoymalıydı? Ermənistan bu gün iki türk dövlətinə düşməndir və bizlərə qarşı bütün çirkin metodlarla mübarizə aparır. Ondan kübarlıq və yüksək mədəniyyət gözləməyə dəyməz və bayraqlarımızın yandırılması da bu qəbildən olan alçaqlıqdır.
Bu baxımdan Ermənistan mediasından və sosial şəbəkəsindən Azərbaycan və Türkiyənin təhqir edilməsi şəkillərini ölkəmizin mediasında və sosial şəbəkədə yayılması onların çirkin niyyətlərinin yayılmasına istər istəməz dəstək olmaqdır. Ermənistan millətçiləri bayrağımıza nifrət edir, onu təhqir edir, bəs bizə nə gəlib?", - deyə deputat bildirib.
Mediainfo.az
















.jpg)
.jpg)
.jpg)





















.jpg)





.jpg)
.jpg)
.jpg)













































