Türkiyə ermənilərin iki qardaş ölkənin bayrağını yandırmasına reaksiya verdi
Həmid Qaradəniz: "Bu hərəkəti şiddət və nifrətlə qınayırıq"
Aprelin 24-də Ermənistan qondarma erməni soyqırımı ilə bağlı keçirdiyi aksiyada Azərbaycanın və Türkiyənin bayrağını yandırdı. Bir çoxları bunu cəbhə bölgəsindəki son 4 günlük müharibədəki üstünlüyümüzün nəticəsi kimi qiymətləndirsə də, bunun əksini düşünənlər də oldu. Hətta bizim də cavab olaraq erməni bayrağını yandırmağımızı istəməyən, bunun yanlış bir addım olduğunu düşünənlər də kifayət qədər idi.
Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həmid Qaradəniz "Yeni Müsavat"a açıqlamasında ermənilərin bu hərəkətini pislədiyini dedi: "Biz ermənilərin bu hərəkətini şiddət və nifrətlə qınayırıq. Türkiyə və Azərbaycan qardaşlığı onsuz da onları narahat edirdi. İki bayrağı yandırmaları onların sıxıntılarının, nifrətlərinin qat-qat artdığını göstərir. Biz də bunu nifrətlə qınayırıq. Təxmin edirəm ki, Türkiyə prezidenti gələndə əgər ona bu mövzuda bir sual yönələrsə, bir açıqlama verəcək".
Maraqlıdır, Azərbaycan müxalifətinin bu məsələyə münasibəti necədir? Müsavat Partiyasının başqan müavini Elman Fəttah bu nifrətin 100 ildir ki, davam etdiyini dedi: "Baş vermiş erməni soyqırımı hadisəsi əslində bu coğrafiyanın tamamında baş verir. Anadoluda baş verən qırğınlar Naxçıvana keçir. Andronikin törətdiyi qırğınların çoxu Naxçıvan ərazisinə düşür. Erməni millətinin gözündə Türkiyə türkləri, Azərbaycan türkləri və Türkiyə cümhuriyyəti və Azərbaycan dövləti arasında bir fərq yoxdur. Heç təsadüfi deyil ki, ermənilər bizə türk deyirlər, bizə başqa etnik ad qoymurlar. Bu baxımdan Türkiyə və Azərbaycan bayrağının yandırılması yeni bir şey deyil. 100 il sonra da Anadolu və Qafqaz türklərinə qarşı nifrət eyni qaydada davam edir".
Ümid Partiyasının sədri İqbal Ağazadə bunun epizodik baş verən bir hadisə olduğunu dedi: "Ermənilərin bayrağımızı yandırması epizodik baş verən hadisədir. Ağıllarına gələn tərəflər müxtəlif zamanlarda müxtəlif hərəkətlər ediblər. Ona görə də bunu 4 günlük savaşla bağlamaq düzgün deyil. Mən bunu Ermənistanın Azərbaycanla savaşı, psixoloji düşmənçilik durumu ilə əlaqələndirirəm. Mən onların bu hərəkətini zəiflik kimi qiymətləndirmirəm. Adamlar Dağlıq Qarabağı, 7 rayonumuzu işğal ediblər, bunun nəyi zəiflikdir?! Azərbaycanın torpaqlarının 20 faizini işğal edib öz bayraqlarını sancıblar. Bizim onların burda bayraqlarını yandırmağımızın nə faydası var?! Adama deyərlər ki, elə gücün çatır, get oradakı bayrağı yandır və o torpaqlara öz bayrağını sanc".
ADP sədri Sərdar Cəlaloğlu bu hərəkətin erməniləri ifşa etdiyini dedi: "Ermənilər bu hərəkətləri ilə sübut etdilər ki, heç vaxt genosid adlı hadisə olmayıb. Çünki onlar Xocalıda, 1918-ci ildə Azərbaycanda genosid törədiblər. Əgər onlar genosid günü Azərbaycanın və Türkiyənin bayrağını yandırıblarsa, erməni genosidinin olmadığını bunun ənənəvi erməni-türk düşmənçiliyi olduğunu ortalığa qoyublar ki, bu da onların ifşa olunması deməkdir. Biz türkük, bizim qanımızda türk qanı axır. Ermənilər isə kökü bəlli olmayan bir millətdir. Atatürk Yunanıstanla müharibədə yunan generalları ilə danışığa gedəndə görür ki, yunan bayraqlarını ayaq altına atıblar. Bayrağı qaldırır, deyir ki, məğlub da olsa, düşmən də olsa bu bir ölkənin bayrağıdır. Bayrağı ayaq altına atmazlar. Biz gərək Atatürk əxlaqı ilə yaşayaq. Ermənistanla nə qədər düşmən olsaq da bir bayrağı yandırmaq nə deməkdir? Qarabağ, eləcə də genosid məsələsində kifayət qədər ədalətli mövqe tutan ermənilər də var. Onlar da həmin bayraq altında yaşayırlar. Ermənilərin hamısı Sərkisyan kimi dələduz deyil. Ona görə də bayraqları yandırmaqla nəyəsə nail olmaq mümkün deyil. Biz cəbhədəki aqressiv erməniləri yandırmalıyıq. Qoy ermənilər bayraqları yandırmaqla məşğul olsunlar". (musavat)
Mediainfo.az



















































.jpg)
.jpg)
.jpg)































.jpg)
.jpg)






