Bağdadda məscid partladıldı

Bağdadda məscid partladıldı

22 Aprel 2016 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün cümə namazı vaxtı Bağdadda məscidlərdən birində baş vermiş partlayış nəticəsində azı 25 nəfərin həlak olduğu bildirilir.

Bu məlumatı "Sky News Arabia" telekanalı verib.

Xəbərə əsasən, kamikadze özünü Bağdadın cənub-qərb hissəsində yerləşən Ər-Rizvaniyə rayonundakı şiə məscidində partladıb.

Terror aktının qurbanlarının dəqiq sayı hələlik məlum deyil.

Mediainfo.az