Novruz Aslanov məcburi köçkünlərlə görüşüb

Novruz Aslanov məcburi köçkünlərlə görüşüb

22 Aprel 2016 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Novruz Aslanov aprelin 21-də İsmayıllı şəhərində məcburi köçkünlərin yaşadığı massivdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla birgə sakinlərlə görüş keçirib.

Deputatın qərargahından verilən məlumata görə, görüşdə mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

Novruz Aslanov sakinlər qarşısında çıxış edərək dövlətin məcburi köçkünlər üçün yaratdığı şəraitdən, güzəştlərdən söhbət açıb, qaçqın və məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına qayıdacağını bildirib.

Mediainfo.az