Lavrov Ermənistandakı "erməni soyqırımı" abidəsini ziyarət edib

Lavrov Ermənistandakı "erməni soyqırımı" abidəsini ziyarət edib

22 Aprel 2016 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda səfərdə olan Sergey Lavrov İrəvanda 1915-ci il hadisələri ilə əlaqədar ucaldılmış "soyqırımı" abidəsini ziyarət edib. Lavrovu ermənistanlı həmkarı Edvard Nalbəndyan müşayiət edib. Rusiyalı nazir xatirə kitabına ürək sözlərini yazmağı da unutmayıb:

"Çox sağ olun ki, erməni xalqının faciəsinin unudulmaması üçün hər şeyi edirsiz. Biz isə bunun təkrarlanmaması üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, Lavrov bu gün Ermənistan prezidenti Serj Sarkisyanla bir araya gələcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

Mediainfo.az