Talış  istiqamətində erməni hərbçi məhv edildi

Talış istiqamətində erməni hərbçi məhv edildi

21 Aprel 2016 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Qondarma "DQR müdafiə nazirliyi" bildirir ki, bu gün səhər 06.30 radələrində təmas xəttinin şimal istiqamətində (Talış-Goranboy) Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə erməni qüvvələrinin hərbçisi, 32 yaşlı Marat Danielyan öldürülüb.

Bu, təmas xəttinin həmin istiqamətində hərbi əməliyyatların dayandırılmasından sonra məhv edilən 4-cü erməni hərbçisidir.

Azərbaycan Müdafiə Nazirliyi ötən gecə düşmənin təmas xəttinin bir neçə istiqamətində mövqelərimizi atəşə tutduğunu və cavab zərbələri endirildiyini bildirir.

Mediainfo.az