Türkiyə, Malayziya, İspaniya və Fələstinin XİN başçıları Bakıya gəlir

Türkiyə, Malayziya, İspaniya və Fələstinin XİN başçıları Bakıya gəlir

20 Aprel 2016 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 25-27 aprel tarixlərində Bakıda keçiriləcək 7-ci Qlobal Forumunda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Apa-ya verilən məlumata görə, forumda yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.

Mediainfo.az