Spiker: “Ermənistanla müharibə aparsaydıq, xeyli irəliləyərdik”

Spiker: “Ermənistanla müharibə aparsaydıq, xeyli irəliləyərdik”

15 Aprel 2016 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

"Biz Ermənistanla müharibə aparmamışıq, müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik".

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

O bildirib ki, Azərbaycan sülhün tərəfdarıdır: "Ona görə də Azərbaycan ilk olaraq birtərəfli qaydada atəşkəs elan etdi. İndi də sülh danışıqları gedir. Biz bütün hallarda müharibəyə hazırıq, buna dövlətimizin, ordumuzun gücü var".

Mediainfo.az