İsrailin baş naziri Kremldə Putinlə görüşəcək

İsrailin baş naziri Kremldə Putinlə görüşəcək

15 Aprel 2016 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Binyamin Netaniyahu aprelin 21-də Rusiyaya qısamüddətli işgüzar səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüşərək, ikitərəfli əlaqələrin inkişafını, İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinin perespektivlərini və Suriyadakı vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, aprelin 18-də Fələstin prezidenti Mahmud Abbas da Moskvaya işgüzar səfərə gedəcək.

Mediainfo.az