Zahid Oruc: "Kimsə Ermənistana himayədarlıq etməsə..."

Zahid Oruc: "Kimsə Ermənistana himayədarlıq etməsə..."

15 Aprel 2016 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Milli Məclisin iclasında millət vəkil Zahid Oruc da ordu ilə bağlı mövzuya toxunub. O, qeyd edib ki, son hadisələr bir daha göstərdi ki, müharibə Qarabağ münaqişəsinin həllində elə ən ədalətli yoldur: "Yetər ki, savaş meydanında Azərbaycanla Ermənistan baş-başa qalsın. Kimsə Ermənistana himayədarlıq etməsin".

Millət vəkili eyni zamanda son hadisələr fonunda Ermənistanda vüsət alan antirusiya ovqatına da toxunub:

"Onlar bildirib ki, guya ki, bu hadisələrdə Rusiya bizə dəstək verib. Biz İrəvanımı almışıq ki, Rusiya bizə kömək etsin?"

Spiker də öz növbəsində deputata cavab olaraq qeyd edib ki, bu, dördgünlük döyüş əməliyyatıdır, müharibə deyil.

Mediainfo.az