Con Kerri: "Təhlükəli jestlə bağlı Rusiyaya mesaj göndərilib"
ABŞ hərbçiləri Baltik dənizindəki hərbi gəmilərdən birinə çox yaxın uçan rus təyyarələrini vurmaq hüququna malik olub.
Bu barədə ABŞ dövlət katibi Con Kerri Rusiyanın iki hərbi təyyarəsi bazar ertəsi gəminin bir neçə metrliyindən uçmasına münasibət bildirərkən vurğulayıb.
"Rusiya Müdafiə Nazirliyi bildirib ki, Su-24 qırıcıları USS Donald Kuk gəmisini izlədikdən sonra "tam təhlükəsiz məsafədə dönərək geri uçub. Biz bu cür hərəkətləri pisləyirik. Bu, düşüncəsizlikdir. Bu, təxribatdır. Bu, qorxuludur. Həm də hərbi əməliyyatların aparılma qaydalarına görə onlar səmada vurula bilərdi", - deyə Kerri bildirib.
O əlavə edib ki, ABŞ "açıq dənizdə hədə-qorxu gəlmək istəmir" və bu cür təhlükəli jestlə bağlı Rusiyaya mesaj göndərilib.
Kerri ABŞ Hərbi Dəniz Donanmasının qırıcılara atəş açmamasının səbəbini açıqlamayıb.
Mediainfo.az














































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)










