Dünyanın gözü İstanbulda - İƏT Zirvəsi -Azərbaycana dəstək

Dünyanın gözü İstanbulda - İƏT Zirvəsi -Azərbaycana dəstək

14 Aprel 2016 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Zirvə toplantısı öz işinə başlayıb. Musavat.com TRTHaber televiziyasına istinadən məlumat verir ki, İƏT baş katibi İyad Medeni Zirvədə açılış nitqi həyata keçirib.

Dünya müsəlmanlarının problemlərinə toxunan Mədəni Azərbaycan və Dağlıq Qarabağ mövzusunda da danışıb. Azərbaycanın ərazi bötüvlüyünü dəstəklədiklərini deyən Mədəni, erməni qəsbkarlarının hücum və aqressiyalarını da pisləyib.

Zirvəni Türkiyə prezidenti Tayyib Ərdoğan aaparır. Ərdoğan 13-cü İƏT Zirvə Topolantısının başqanı olaraq özü çıxışına başlayıb.

Hər kəsi salamlayan Ərdoğan deyib ki, mənim dinim nə sünmnidir, nə şiədir. Mən müsəlmanam. İsmal adına hər gün məzlumları öldürən, yağmalayan terror hörgütləri müsəlman ola bilməzlər! Onlar İslam adına hərəkət edəməz, müsləmanlara faydaklı olamaz. Biz İslam dövlətləri olaraq nə qədər bir birimizə düşəriksə, insanlarımız bir o qədər zərər çəkəcək. Hazırda qırılan, zərər görən, əziyyət çəkən hər yerdə müsəlmanlardır. Ona görə də biz yapıcı olmalıyq. Dostların sayını artırıb, düşmənlərin sayını azaltmalıyıq.

Terror və savaş hazırda İslamın ən böyük problemlərindən biridir. Əvvəl əl-Qaidə terror hörgütü, indi isə DAİŞ (İŞİD) , digər terror örgütləri çirkli, pis işləri görür. Və onların bütün fəaliyyətlərindən daha çox və əsasən müsəlmanlar əziyyət çəkirlər. Bizim də ölkəmizdə PKK kimi, digər isimlər altında terror örgütləri var. Onların bir çoxu da Avropada barınır. Onların da fəaliyyətləri müsəlmanlara və insanlığa qarşıdır.

Ərdoğan Avropanın ikili yaxlaşımlarından da şikayətçi oldu.

ƏRDOĞAN BMT TŞ-da müsəlmanlara yer istədi

BMT Təhlükəsizlik Şurasının quruluşunu da ələşdirən Ərdoğan dedi ki, ədalətsizlik üzərində qurulan bir qurum dünyaya ədalət dağıta bilməz. Bu, dəyişdirilməlidir. Biz də İslam ölkələri olaraq, orada öz yerimizi haqqımızı tələb etməliyik. Ağlamayan uşağa süd verilməz. Biz də öz haqqımızı israrla tələb etməliyik.

Ərdoğan dostluq və qardaşlıq çağırışlarından sözə keçmək, gəncliyə, qadınlara önəm vermək təklifini verib. Bir təklifim var - İslam İş birliyi Təşkilatının Qadın Konfransı oluşdurulsun. Müsəlmanların öz qadınlarının dərdlərini danışmaq və həll etmək üçün bir təşkilatı olsun.

Ərdoğan müsəlmanların problemləri sırasında Şimali Kipr Türk Cümhuriyyətinə dəstək verilməsi zərurətini də söylədi. "O müsəlmanlara biz dəstək verməyəcəyik, bəs kim verəcək". O, Kırım müsəlmanlarının da mağduriyyətini söylədi.

Ərdoğan dünyanın gündəmində olan bir mövzudan da danışdı. Dedi ki, Ağ dəniz üzərindən sınıq-salxaq qayıqlarda, gəmilərdə Avropaya axan milyonlarla insanın hamısı müsəlmanlardır. Bu, bizim utanc səhifəımizdir. Əvvəllər Avropadan bizim torpaqlarımıza axın var idi. İndi bu axının tərsinə dönməsinin səbəblərini yaxşı təhlil etməmiz lazımdır.

Ərdoğan dedi ki, yalnız Ağ dənizdə Türkiyənin xilas etdiyi və sığınacaq verdiyi qaşqımların sayı 100 min nəfərdən çoxdur.

Bu bizim insani, islami və vicdani borcumcuzdur, dedi Ərdoğan.

O, təklif etdi ki, bu problemin həlli üçün burada olan müsəlman liderlərinin üzərinə böyük vəzifə düşür.

Daha sonra Zirvə iştirakçılılarına Türkiyəyə sışınan müsəlkman qaçqınlarla bağlı qısa film izlətdirilib.

Zirvə toplantısı davam edir.

Mediainfo.az

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.