Ərdoğan almaniyalı teleaparıcıya qarşı bu videoya görə iddia qaldırıb  - VİDEO

Ərdoğan almaniyalı teleaparıcıya qarşı bu videoya görə iddia qaldırıb - VİDEO

12 Aprel 2016 10:31
Bəyəndim (0) Bəyənmədim (0)
Almaniya xarici işlər nazirliyinə nota verilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın ZDF telekanalının aparıcısı Yan Bömermana qarşı iddia qaldırıb.

Bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata əsəsən, teleaparıcıya qarşı iddia qaldırılmasına səbəb onun Ərdoğana həsr etdiyi təhqiredici şeri olub. Maynts şəhər prokurorluğu iddianın hüquqi şirkət vasitəsilə verildiyini təsdiqləyib.

Qeyd edək ki, martın 31-də ZDF telekanalında yayımlanan "Neo Magazin Royale" verişində komediya aktyoru və teleaparıcısı Y. Bömerman Ərdoğan haqqında "Alçaldıcı tənqid" adlı şer oxuyub. Bununla bağlı Türkiyə hökuməti Almaniya xarici işlər nazirliyinə nota verərək Y. Bömermann barəsində araşdırmamın başladılmasını tələb edib.