Kiyevdə Ermənistan səfirliyinin qarşısında piket

Kiyevdə Ermənistan səfirliyinin qarşısında piket

8 Aprel 2016 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Yüzlərlə azərbaycanlı Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistanın səfirliyi qarşısında piket keçiriblər.

Virtualaz.org 44.ua portalına istinadən xəbər verir ki, aksiya iştirakçıları ermənilərin Qarabağı işğalına etirazlarını bildirib və münaqişənin sülh yolu ilə həllinə çağırıblar.

Piket iştirakçılarının əllərində "Ermənistan, Azərbaycan torpaqlarından yığışıb getmək vaxtıdır" yazılmış şüarlar və Azərbaycan dövlət bayraqları olub.

Mənbə bildirir ki, aksiya dinc şəraitdə keçib. Səfirlik binası yüzlərlə polis əməkdaşının mühafizəsi altında olub. Bundan əlavə. Aksiya keçirilən küçəyə 10 polis avtobusu gətirilib.

Mediainfo.az