İŞİD qaçırdığı 300 fəhlədən 175-ni edam edib

İŞİD qaçırdığı 300 fəhlədən 175-ni edam edib

8 Aprel 2016 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

İraq Şam İslam Dövləti (İŞİD) adı ilə tanınan terror təşkilatının Suriyanın Şam şəhəri yaxınlığında Dumeyir bölgəsində qaçırdığı fabrika fəhlələri ilə bağlı pis xəbər gəldi. Türkiyə mətbuatı bildirir ki, 300 fəhlədən 175-i qətlə yetirilib.

Bu barədə ilk məlumat "Reuters" tərəfindən bildirilib.

Qeyd edək ki, İŞİD-in 300 nəfər sement fabrikasında çalışan fəhləni qaçırması ilə bağlı xəbər dünən axşamdan yayılmışdı.

Mediainfo.az