MDB XİN rəhbərləri Qarabağla bağlı bəyanat verdi

MDB XİN rəhbərləri Qarabağla bağlı bəyanat verdi

8 Aprel 2016 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

MDB Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar birgə bəyanat qəbul edib.

Apa-nın Moskva müxbirinin məlumatına görə, bəyanatda münaqişə zonasında silahlı toqquşmaların yerli sakinlər də daxil olmaqla, böyük insan itkisinə səbəb olması barədə xəbərlərdən dərin narahatlıq bildirilir: "Münaqişə tərəflərini atəşkəs rejiminə ciddi əməl etməyə və yeni insan ölümlərinə imkan verməmək üçün təmkin nümayiş etdirməyə çağırırıq. Mümkün qədər tez bir zamanda vəziyyətin stabilləşməsi üçün bütün tədbirləri görmək və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülmüş prinsiplər əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacibdir"

Mediainfo.az