Medvedev bu gün Bakıya gəlir - QARABAĞ MƏSƏLƏSİNƏ GÖRƏ

Medvedev bu gün Bakıya gəlir - QARABAĞ MƏSƏLƏSİNƏ GÖRƏ

8 Aprel 2016 10:26
Bəyəndim (0) Bəyənmədim (0)
O, Bakıya İrəvandan uçacaq

Rusiyanın baş naziri Dmitri Medvedev bu gün Bakıya səfər edəcək. O, Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşəcək.

D. Medvedev Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Bildirilir ki, bu səfər əvvəlcədən planlaşdırılmayıb, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra gündəmə gəlib. D. Medvedev Bakıya İrəvandan uçacaq.

Qeyd edək ki, o, İrəvanda Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyanla danışıqlar aparıb.

Mediainfo.az