
"Öldü" deyildi, amma görüntüləri çıxdı
Müəmmər Qəddafinin oğlu ölməyib?
Liviya lideri Müəmmər Qəddafinin oğlu sağdır!
Xatırlayırsınızsa, sizlərə Hamis Qəddafinin ölümü ilə bağlı isti xəbər çatdırmışdıq. Həmin vaxt üsyançılar NATO tərəfindən bombalanaraq, öldürülən Hamisdən danışırdılar. Lakin bu gün vəziyyət tamamilə əksinədir. Çünki "mərhumun" görüntüləri yayımlanıb. Hansı ki, bu görüntülərdə o, NATO bombalarından yaralanan insanları Tripolidəki xəstəxanaya ziyarət edərkən görülür.
Adı çıxdı, amma canı dəqiq bilinmir.
Günel Həbib
O.M.
Digər xəbərlər