MM Ombudsmanın hesabatını qəbul edib

MM Ombudsmanın hesabatını qəbul edib

5 Aprel 2016 14:33
280
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hesabatı Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul olunub.

Hesabatı Ombudsman Elmira Süleymanova təqdim etdikdən sonra deputatlar sənədə münasibət bildiriblər. Millət vəkilləri müzakirənin yekunu olaraq hesabatı qənaət bəxş hesab ediblər.

Ombudsmanın 2015-ci il üzrə illik hesabatı səsə qoyularaq qəbul olunub.

Mediainfo.az