Qarabağdan Yerevana yüzlərlə yaralı aparılıb

Qarabağdan Yerevana yüzlərlə yaralı aparılıb

4 Aprel 2016 15:18
339
Bəyəndim (0) Bəyənmədim (0)

Düşmən tərəfdən yüzlərlə erməni əsgəri yaralanıb. Yaralılar ətrafdakı xəstəxanalara və hospitallara yerləşdirilib. Amma yeni gətirilən yaralılara xəstəxanalarda yer olmadığından onları Yerevana göndəriblər.

Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bu gün isə bir qrup erməni deputatı parlamentin vitse-spikeri Eduard Şarmazanovla birlikdə Yerevandakı yaralılara baş çəkib.

Mediainfo.az