Qazaxıstan XİN: İnsan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk

Qazaxıstan XİN: İnsan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk

4 Aprel 2016 00:29
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı açıqlama yayıb.

"Report"un xəbərinə görə, açıqlamada deyilir: "Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk. Tərəfləri təmkinli olmağa və atəşkəs müqaviləsinə əməl etməyə çağırırıq".

Eyni zamanda, qeyd olunur ki, Qazaxıstan Dağlıq Qarabağ probleminin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini, münaqişənin yalnız sülh yolu ilə həllinin zəruriliyi barədə Azərbaycanın mövqeyini dəstəkləyir.

Açıqlamada vurğulanıb ki, Qazaxıstan Respublikası Dağlıq Qarabağ münaqişəsinin kompromis həlli prosesinin fəallaşmasına tərəfdardır və münaqişənin həlli üçün tərəflərin konstruktiv münasibət göstərməsinə ümid edir.

Mediainfo.az