Türkiyənin Xİ naziri: "Minsk üçlüyü nə işə yarayır?"

Türkiyənin Xİ naziri: "Minsk üçlüyü nə işə yarayır?"

3 Aprel 2016 23:55
244
Bəyəndim (0) Bəyənmədim (0)

"Dağlıq Qarabağ probleminin həll edilməsinin vaxtı çatıb. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq heç kim səsini çıxarmır".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

"Minsk üçlüyü nə işə yarayır? Rusiya, ABŞ və Fransa istəsələr bir həftə ərzində bu problemi həll edə bilərlər. Biz münaqişənin dinc yolla həllinin tərəfdarıyıq və hər zaman qardaş Azərbaycanın yanındayıq. Daima və bütün məsələlərdə. ", deyə M.Çavuşoğlu bildirib.

Mediainfo.az