Şəhid olan əsgərlərimiz Türkiyədə anılıb (FOTO)

Şəhid olan əsgərlərimiz Türkiyədə anılıb (FOTO)

3 Aprel 2016 18:49
Bəyəndim (0) Bəyənmədim (0)

Deputat Q.Paşayeva Türkiyədə bir sıra QHT rəhbərləri ilə birlik,də beynəlxalq təşkilatlara,ATƏT-in Minsk Qrupu həmsədrlərinə işğalçı Ermənistana təzyiq edin çağırışı səsləndirib.

İzmirdə Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi və çoxlu sayda QHT rəhbərləri, aydınlar, gənclərin iştirak etdiyi tədbirin açılışında təşkilatın rəhbəri Asif Qurban özəlliklə indiki dönəmdə Türk dövlət və toplumlarının birliyinin daha da geclənməsinin önəmindən danışıb. Ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən Deputat Q.Paşayeva çıxışına öncə ön cəbhədə şəhid olan əsgər və hərbçilərimizi bir dəqiqəlik sayğı duruşu ilə yad edək deyə başlayıb. Sayğı duruşundan sonra Deputat şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyirik deyib. Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır deyib. Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülki vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verən Deputat Q.Paşayeva ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə anır və yaralılarımıza qısa zamanda şəfalar diləyirik deyib.

Deputat Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib və onlara çağırış səsləndirib. Deputat bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırırıq deyib. Azərbaycanın ordusunun da, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar ordumuz tərəfindən daha ağır cavab alacaqlar. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb.

İzmir Barosu Başkanı, İraq Türkmanları, Batı Trakya Türkləri, Qazaxıstan Türklərinin İzmirdəki təşkilatlarının rəsmiləri də çıxış edərək Azərbaycanın və ədalətin yanında olduqlarını bildiriblər və beynəlxalq təşkilatları işğala son verməsi üçün Ermənistana təzyiq etməyə çağırıblar. Tədbir sonunda İzmir Advokatlar Birliyi (Assosiyası ) Sedri Özcan Aydın, İraq Türkmenleri Cəmiyyəti sədri Timur Taş, İzmir Kazaq Türkleri Cəmiyyəti sədri Çağlar Erbek, İzmir sabiq bələdiyyə sədri Çingiz Bulut, Ege Qafqasya Sevgi ve Kömek Derneği sədri İsmet Alpaslan çıxış edərək bu çətin zamanda Azərbaycanın yanında olduqlarını söylədilər.Tədbirin sonunda gördüyü işlərden dolayı Qənirə Paşayevaya cəmiyyət adından plaket təqdim olunub.













Mediainfo.az