`Azərbaycan ordusu ermənilərin başını əzir` - Prezident

`Azərbaycan ordusu ermənilərin başını əzir` - Prezident

3 Aprel 2016 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün Azərbaycan özünü çox təmkinli apardı, mən də göstəriş vermişdim ki, təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmış, mövqelərimizə hücum çəkmişdi, hərbi helikopterləri işə salmışdı. Azərbaycan ordusu da bu helikopterin birini məhv etdi. Bu, Ermənistana lazım idi. Lazım idi desinlər ki, Azərbaycan atəşkəsi pozur"

Bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Ölkə başçısı çıxışı zamanı qeyd edib: "Son təxribat da eyni məzmunludur. Yenə də mövqelərimizə hücum çəkirlər, əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra da Azərbaycan ordusu onların başını əzir. İndi isə dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, sadəcə, təxribata layiqli cavab vermişik".
Prezident İlham Əliyev bildirib ki, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq.

Mediainfo.az