Sarkisyandan ermənilərə tarixi zərbə
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı "mərhələli həll" planına razılaşmağa yaxın idi. Lakin 1990-cı illərin ortalarında indiki prezident, həmin illərin daxili işlər və təhlükəsizlik naziri Serj Sərkisyan və o illərin Baş naziri Robert Köçəryan onu devirdilər.
Bu barədə Feysbukda politoloq Elxan Şahinoğlu yazıb.
"Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı "mərhələli həll" planına razılaşmağa yaxın idi. Lakin 1990-cı illərin ortalarında indiki prezident, həmin illərin daxili işlər və təhlükəsizlik naziri Serj Sərkisyan və o illərin Baş naziri Robert Köçəryan onu devirdilər. Belə olan halda Levon Ter-Petrosyan prezidentliyinin son günü yazdığı məqalədə bu ifadəyə yer verdi: "Vaxt gələcək indiki münasib şərtlər daxilində imzalaya biləcəyimiz sənəddən də xeyli uzaq düşəcəyik". Deyəsən həmin vaxt gəlib", - politoloq bildirib.
Qeyd edək ki, mərhələli həll planı birinci addım kimi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması, köçkünlərin öz torpaqlarına qaytarılması və münaqişə ərazisində kommunikasiya əlaqələrinin bərpa edilməsini nəzərdə tuturdu. (axar)
Mediainfo.az



















































































.jpg)
.jpg)
.jpg)








