Prezident: “Növbədənkənar prezident seçkiləri keçirməyə hazıram”

Prezident: “Növbədənkənar prezident seçkiləri keçirməyə hazıram”

31 Mart 2016 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya prezidenti Bəşər Əsəd növbədənkənar prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib.

Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o bu addımı Suriya xalqının istəyəcəyi təqdirdə atacağını bildirib.

"Bu, Suriya xalqının mövqeyindən asılıdır. Əgər belə bir iradə varsa, mənim üçün problem deyil. Bəzi müxalif qüvvələrin deyil, xalqın iradəsi ilə hesablaşmaq təbiidir", - deyə o vurğulayıb.

Bununla yanaşı B. Əsəd qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi hazırkı siyasi prosesin tərkib hissəsi kimi irəli sürülməyib.

Mediainfo.az