ABŞ və Rusiya Əsədin istefası və Suriyanı tərk etməsi barədə razılığa gəlib

ABŞ və Rusiya Əsədin istefası və Suriyanı tərk etməsi barədə razılığa gəlib

31 Mart 2016 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və ABŞ Suriya probleminin siyasi yolla həlli barədə razılığa gəliblər. Siyasi həllə Bəşər Əsədin istefası və başqa ölkəyə göndərilməsi də daxildir".

Apa-nın xəbərinə görə, bu barədə ərəb ölkələrində yayılan nüfuzlu "Al-Hayat" qəzeti məlumat verib. ABŞ dövlət katibi Con Kerriyə istinadən edən BMT Təhlükəsizlik Şurasındakı mənbə qəzetə bildirib ki, Vaşinqton və Moskva Suriyadakı siyasi prosesin gələcəyi barədə razılıq əldə ediblər: "Söhbət Suriya prezidenti Bəşər Əsədin istefası və başqa ölkəyə köçməsindən gedir".

Xatırladaq ki, mart ayında əvvəlcə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan, sonra isə dövlət katibi Con Kerri Rusiyaya səfər ediblər.

Mediainfo.az