Rusiyanın təcavüzü rəsmiləşdirildi – FOTO

Rusiyanın təcavüzü rəsmiləşdirildi – FOTO

30 Mart 2016 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna məhkəməsi ilk dəfə Rusiyanın təcavüzü nəticəsində Ukrayna hərbi qulluqçusunun həlak olması faktını tanıyıb.

Bu barədə "Hüququn Gücü" ictimai hərəkatı bildirib.

Məlumata görə, martın 29-da Xmelnitsk vilayətinin Yarmolineski rayon məhkəməsi 2014-cü ilin oktyabrında Avdeyevka rayonunda həlak olan mayor Yaroslav Kostışinanın həyat yoldaşının müraciətinə baxıb.

Qeyd edək ki, rəsmi Kiyev dəfələrlə Rusiya nizami qoşununun Donbasda vuruşduğunu və hərbi əməliyyatlara yüksək rütbəli rus zabitlərinin rəhbərlik etdiyini bildirib. Lakin Moskva bu iddiaları qətiyyətlə rəd edir.

Ukrayna prezidenti Pyotr Poroşenko ötən il Müstəqillik Günü ilə bağlı Kiyevin mərkəzində keçirilən tədbirdə Donbas hövzəsindəki və şərq sərhədlərdəki Rusiya hərbçilərinin sayını açıqlayıb.Poroşenkonun sözlərinə görə, Rusiya-Ukrayna sərhədində 50 mindən artıq rus hərbçisi var.

Dövlət başçısı qeyd edib ki, işğal edilmiş ərazilərdə 40 mindən çox rus hərbçisi var və onlardan 9 mini ali hərbi təhsillidir. Poroşenko Donbas hövzəsindəki əməliyyatlara birbaşa olaraq həmin zabitlər tərəfindən rəhbərlik edildiyini deyib. (publika)

Mediainfo.az