Con Kerrinin qırmızı çamadanının sirri açıldı

Con Kerrinin qırmızı çamadanının sirri açıldı

29 Mart 2016 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Con Kerrinin martın 23-də Moskvaya səfəri zamanı təyyarədən düşərkən özüylə daşıdığı qırmızı çemodanın sirri açılıb.

Virtualaz.org xəbər verir ki, çamadanın içində nə olduğunu Rusiya xarici işlər nazirinin BRİKS ölkələri üzrə müavini Sergey Ryabkov açıqlayıb.

Xatırladaq ki, Kerrinin çamadanı haqda ABŞ dövlət katibinin prezident Vladimir Putinlə görüşü zamanı da bəhs edilmişdi. Putin Kerriyə zarafatla belə deyib: "Mən gördüm, təyyarədən düşəndə sizə çamadanı daşımaqda heç kim yardım etmədi. Bir tərəfdən olduqca demokratikdir ki, əşyalarınızı özünüz daşıyırsınız. Amma digər tərəfdən çamadanı köməkçilərdən heç birinə etibar etməmisiniz, deməli ,içindəki nəsə çox mühümdür. Təsadüfən çamadandakı Rusiya ilə mühüm məsələlərdə anlaşma əldə etmək üçün gətirilən pul deyil ki?"

Kerri isə cavab atmacasında deyib: "Çamadanda nə olduğunu öyrənəndə müsbət mənada təəcüblənəcəksiniz".

İndi Rusiya XİN rəhbərinin müavini lifenews-a bildirib ki, Kerrinin çamadanında prezident Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar üçün nəzərdə tutulmuş sənədlər olub.

Qeyd edək ki, Kerri təyyarədən düşərkən sağ əlində qırmızı çamadan, sol əlində isə hansısa sənədlərdən ibarət qırmızı qovluq tutmuşdu. Sosial şəbəkələrdə isə Kerrinin çamadanının sirri atmaca və lağ mövzusuna çevrilmişdi.

Mediainfo.az