Estoniya Rusiyaya nota verdi
"Rusiyaya mǝxsus qırıcı tǝyyarǝ Estoniyanın hava mǝkanını pozub".
Bununla bağlı Estoniya Xarici İşlǝr Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Rusiyaya mǝxsus "An-26" qırıcısı Finlandiya körfǝzindǝki Vaindloo adası yaxınlığından qanunsuz olaraq Estoniya hava mǝkanına daxil olub: "Tǝyyarǝ Estoniya hava mǝkanında bir dǝqiqǝdǝn az qalıb vǝ pilotlar Estoniya aviasiya şöbǝsilǝ ǝlaqǝ saxlamayıblar. Bununla əlaqədar Estoniya Xarici İşlǝr Nazirliyi Rusiyanın Tallindəki sǝfirliyinin nümayǝndǝsini nazirliyǝ çağıraraq etiraz notası təqdim edib".
Mediainfo.az
Digər xəbərlər